Uran - Gecelerimde Axtarıram ft Dihaj Sanatçı
Albüm
Şarkı
: Gecelerimde Axtarıram ft Dihaj
Boyut
: 5.93 MB
İndirme
: 85 Toplam İndirme
25-12-2022 Tarihinde eklendi, Toplam 85 İndirme
Sanatçı'nın En Çok İndirilen Mp3leri
Kullanıcı Yorumları (Uran - Gecelerimde Axtarıram ft Dihaj )
Gecelerimde Axtarıram ft Dihaj Şarkı Sözü
Uran Gecelerimde Axtarıram ft Dihaj Mp3 İndir, Gecelerimde Axtarıram ft Dihaj Müzik İndir Dinle
Gecələrimdə axtarıram olur onu
Gecələrimdə baxıram oğrun-oğrun.
verse #1
Yuxum çəkilib ərşə
Kimsə düşərdi təşvişə,
Görsəydi ki, bu işə
Neçə kabus qoyub əl.
Neçə mahmız vurub at çapıb dörd nal,
Çarpaz qoyub xətt!
Necə göz yumub, çap edib dörd bar
Yenə qapaz vurub bəxt.
Suallar dolu qaranlıq yolu, sükutu pozan xəyallar,
Narahat dəniz, beyin bir qayıq, dalğalar yazar qayalar.
Saxta qayğıdan bezib, hə?! İnsan tək yaşar əzmlə?!
Gündə bir dəfə sevirəm eşitməsən gün gələr gözündən!
Yaxın adamlar sayar salamat qalan gününə salavat
Həyat bir sapand kimi. Hesabat günü uzanıb salamat
Yataq isidir, fikir quyudur. Qələm hirsimi soyudur.
Gözüm zillənib tavana, unudub zamanı, yaxşını, yamanı...ax!
Həyat endşpilində şah, amma heç bilinmir tam
Çün` qoyub nişan, alıb hədəf vurdum beşin qəşəng,
Vaxtdır, yandır o günə şam, bir sağlıq de möhtəşəm,
Gəl ruhlarla dərdləşək bu axşam...Yox əşi.
(nəqarət)
Gecələrimdə axtarıram olur onu
Gecələrimdə baxıram oğrun-oğrun.
verse #2
Oyun - gedişat. Məğlub - pərişan.
Qalib - tərif, şan. Ulduz - sayrışan.
Pul var, hamı şad,
Amma bil ki, o da olmur həmişə.
Vəzifə - eyni şey
Eyni sürücü, fərqli sərnişin.
Rep vərdişim. Rep döyüşüm. Rep qayıdışım. Rep dönüşüm.
Göydən düşmə bəndlər dərd işim,
Edib otaqda gərdişi,
Beyin bağına dən düşər,
Verər bar toxum, zərnişan
Ağac, ya parazit sarmaşıq.
Sanki var zibil, amma yox qaşıq.
Həyat səninlə mırtlaşır.
Bəzən dörd daşın arası durub yalquzaq, qayıtmaq uzaq
Mən çox yatdım deyən, sağaltmaq məni, ayıltmaq lazım.
Yazım maksimum əgər təbim gəlirsə. Hərbi əlbisə,
O vaxt əynimdə ikən yazan əlim indi həmin əldirsə.
Yollar gizlin həndəsə,
Tavan - xəttlər həmləsi.
Zaman tələsi, addımbaşı cələsi
Xoşuna gələsi, başına gəlməsə o kəsin.
Məni anla, almıram tənəsin,
Süzüb Hennessy, sözlə yumub çənəsin,
Boş nərəsi təbəqələşir,
İlişir, düşünür təqaüddə şir.
Hey, mənim qərdeşim,
Gördüm adamlar mərd, əşi
Üzünü yusun mürdəşir mərdmazarın
O da bir dərd, əşi.
Dərd yazarı etməyib ev-eşik
Rep bazarı - bacaran döyüşür,
İntizara, enişə öyrəşib,
Yox azarın təftişi, məftun oldum səhv işə.
Yox, əşi!
(nəqarət)
Gecələrimdə axtarıram olur onu
Gecələrimdə baxıram oğrun-oğrun. Gecelerimde Axtarıram ft Dihaj Anahtar Kelimeler
Uran Gecelerimde Axtarıram ft Dihaj Mp3 İndir Dinle , Uran Gecelerimde Axtarıram ft Dihaj Şarkı Sözleri , Uran Albümleri , Uran Gecelerimde Axtarıram ft Dihaj Cep Telefonuna Mp3 İndir,Gecelerimde Axtarıram ft Dihaj bedava mp3 indir ,Gecelerimde Axtarıram ft Dihaj cepten ücretsiz indir, Uran Gecelerimde Axtarıram ft Dihaj Mp3 İndir Dur