mp3 indir
Eks Seda ft Orxan Zeynallı
 
Joseph Abbas - Eks Seda ft Orxan Zeynallı
Sanatçı
Albüm
Şarkı
: Eks Seda ft Orxan Zeynallı
Boyut
: 4.45 MB
İndirme
: 22 Toplam İndirme
18-02-2025 Tarihinde eklendi, Toplam 22 İndirme
Mp3 indirmek için tıklayın
Sanatçı'nın En Çok İndirilen Mp3leri
Kullanıcı Yorumları (Joseph Abbas - Eks Seda ft Orxan Zeynallı )
Eks Seda ft Orxan Zeynallı Şarkı Sözü

Joseph Abbas Eks Seda ft Orxan Zeynallı Mp3 İndir, Eks Seda ft Orxan Zeynallı Müzik İndir Dinle

[Nəqərat]
İndi qürbət gözlərin görür
Hansı torpağın yağışın?
Aylar keçir, illər ötür
Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim
Babam susdu, heç bilməzdim
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı

[Bənd 1]
Səni sağollaşmaq üçün çağırdım
Mən səhv edərkən baxırdın
Onda gözlərim Araz çayıyla bir axırdı
Yadındadır? 3 saatlıq imtahan
Taleyimizi dəyişəcək, deyirdilər
Tale isə, deyəsən, paxıldır

Pis günlər geridə qalmır
Pis məfhumu dəyişir
Yerində saydıqca fələk mövzunu dəyişir
Xəyallarımın çoxun satıb mən çörəyə dəyişdim
Böyüdükcə güzgünü istədim
Pəncərəyə dəyişim

Baxıram dərdlərinə, necə də gülməlidir
Bütün doğulan ümidlərin gecəylə ölməlidir
İzlər aldadır, tapdım səadəti
Axtarmadığım yerdə
Ailə rəsmin çəkmə
Heç kimə bağlanmadığın evdə

[Keçid]
Neçə qonşu pəncərəsində ömür sönüb
Aramızdakı ikitərəfli yoldan ömür sürüb
Nə qədər göz yaşını gecəylə güllər görür
Sən demə, dost sözünü hecaya illər bölür

[Nəqərat]
İndi qürbət gözlərin görür
Hansı torpağın yağışın?
Aylar keçir, illər ötür
Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim
Babam susdu, heç bilməzdim
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı

[Bənd 2]
Səni halallaşmaq üçün çağırdım
Nə olsun, yaram qatı?
Oyanıb cənnəti gördüm yuxuma
Haram qatıb
Neçə il qərar kölgəsində gizləndim
Hər dəfə cümlənin başına
Ümidvaram atıb

Ruhuma yad gəlirsən
Sən mənim bədənimsən
Xatirələrimi itirmə
Sən mənim qələmimsən
Qərib diyarlarda parçalarımı itirdim
Və sonda sevgilimin gözünə baxıb dedim
‘’Sən mənim vətənimsən’’

Hələ var qocalmağıma
Dərinə enməyimə
Ya qucağa almağıma
Ya torpağa girməyimə
Bir gün bu soyuq həyat şaxtasıyla
Səni qucaqlasa, götür bu sevgiləri
Üşüsən, geyin əyinə

[Keçid]
Neçə qonşu pəncərəsində ömür sönüb
Aramızdakı ikitərəfli yoldan ömür sürüb
Səni yoxkən yad edənləri güllər görür
Doğmaların çörəyini iki yerə illər bölür

[Nəqərat]
İndi qürbət gözlərin görür
Hansı torpağın yağışın?
Aylar keçir, illər ötür
Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim
Babam susdu, heç bilməzdim
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı

İndi qürbət gözlərin görür
Hansı torpağın yağışın?
Aylar keçir, illər ötür
Hər kəs torpağa qarışır

Atam dedi, dinləməzdim
Babam susdu, heç bilməzdim
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşı
Eks Seda ft Orxan Zeynallı Anahtar Kelimeler
Joseph Abbas Eks Seda ft Orxan Zeynallı Mp3 İndir Dinle , Joseph Abbas Eks Seda ft Orxan Zeynallı Şarkı Sözleri , Joseph Abbas Albümleri , Joseph Abbas Eks Seda ft Orxan Zeynallı Cep Telefonuna Mp3 İndir,Eks Seda ft Orxan Zeynallı bedava mp3 indir ,Eks Seda ft Orxan Zeynallı cepten ücretsiz indir, Joseph Abbas Eks Seda ft Orxan Zeynallı Mp3 İndir Dur

Mp3 indir Mp3 Semti bir Mp3 İndirme ve Mp3 Dinleme sitesidir. Sitemizde yayınlanan tüm mp3'ler yüksek ses kalitesi sunmakta ve Mp3 indirme butonu sayesinde hızlı bir şekilde MP3 İndirme hizmeti sunmaktadır.
Şikayet ve Telif Hakkı Bildirimleriniz için mp3semtigmail.com Mail Adresimizi Kullanabilirsiniz.